Dünya

Gürcüstan parlamentinin iclasında prezidentin impiçmenti qəbul edilməyib

18 oktyabr / 16:52 1 dəq
652f963ddc3c5652f963ddc3c61697617469652f963ddc3c3652f963ddc3c4
18 oktyabr / 16:52
Burada sizin reklamınız ola bilər

Gürcüstan parlamentinin bu gün keçirilən iclasında ölkə Prezidenti Salome Zurabişvilinin impiçmenti məsələsinə baxılıb.

“Qərb Xəbər” məlumat verir ki, iclasda hakim Gürcü Arzusu Partiyasının sədri İrakli Kobaxidze prezidenti konstitusiyanı pozmaqda ittiham edib.

“Zurabişvili ləyaqətli olsaydı, istefa verərdi”, – deyə o vurğulayıb.

İclasda iştirak edən Prezident Zurabişvili isə ittihamlara cavab verib. O, hüquqi və demokratik dövlətin dayağı olan Konstitusiya Məhkəməsinin öz rolunu tamamilə tərk edərək siyasi müstəviyə keçdiyini deyib.

Daha sonra məsələ səsverməyə çıxarılıb. Prezident Salome Zurabişvilinin impiçmenti qəbul edilməyib.

Paylaş
Burada sizin reklamınız ola bilər