Hadisə

Ağstafada qanunsuz fəaliyyət göstərən alkoqolsuz içkilərin istehsalı müəssisəsi bağlanıb

17 oktyabr / 14:14 1 dəq
E887464b 0397 3958 a117 74e6b5ed0c6d
17 oktyabr / 14:14
Burada sizin reklamınız ola bilər

Daxil olan vətəndaş müraciəti əsasında Ağstafa rayonu, Həsənsu kəndində yerləşən, fiziki şəxs İsmayılov Arzu Aydın oğluna məxsus alkoqolsuz içkilərin istehsalı müəssisəsində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən plandankənar yoxlama keçirilib.

Bu barədə “Qərb Xəbər”ə agentlikdən bildirilib.

Qeyd olunub ki, baxış zamanı sahibkarlıq subyektinin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, istehsal prosesində qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb. Faktla bağlı qanunvericiliyə uyğun olaraq sahibkar barəsində inzibati tədbir görülüb, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.

Agentlik əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirəcək, istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı alınacaqdır.

 

bc60b273-c1ac-3706-8e91-b30dbb326854_3004a833395-b204-38fb-8faf-15e5e05e18d7_850005cc14f-6776-34e8-8b1a-9d4b0ae289b6_300479d3683-75b0-314b-a7dc-d30106ad068ffd82c34b-f90a-3e84-a179-34b0ac05b85f_300

Paylaş
Burada sizin reklamınız ola bilər