Hadisə

BQXK: “İtkin düşmüş şəxslərin meyit qalıqlarının 75 %-i azad olunan ərazilərdədir”

17 oktyabr / 11:47 1 dəq
Indir 2023 10 17T114656.929
17 oktyabr / 11:47
Burada sizin reklamınız ola bilər

“Hesab edirik ki, itkin düşmüş şəxslərin meyit qalıqlarının 75 %-i məhz azad olunan ərazilərdədir”.

“Qərb Xəbər” bildirir ki, bunu Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) itkin düşmüş şəxslərlə əlaqədar proqramının rəhbəri Samir Hacımustaviç qurumun media nümayəndələri üçün keçirdiyi brifinqdə deyib.

O, arxivdə olan məzarlıq yerləri barədə aidiyyəti qurumlara məlumat verildiyini bildirib: “Ümumilikdə 400-dən çox mümkün dəfn yeri müəyyən edilməklə onlardan 23-ü yüksək dəqiqlikli, 64-ü orta və 320-si aşağı dəqiqlikli yerlər kimi təsnif edilib”.

Qeyd edək ki, 2022-ci ilin sonunadək itkin düşmüş şəxslərin ailələrindən 10 800 bioloji referant nümunəsi toplanılıb və aidiyyəti üzrə təqdim olunub.

Paylaş
Burada sizin reklamınız ola bilər