Dünya

ÜST Qəzza zolağında tibbi ləvazimatların tükəndiyini açıqlayıb

10 oktyabr / 14:02 1 dəq
593dab14 354d 3ba2 9287 28e7897d8ad5
10 oktyabr / 14:02
Burada sizin reklamınız ola bilər

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Qəzza zolağında əvvəlcədən yerləşdirilmiş tibbi ləvazimatlarının hamısı tükənib.

“Qərb Xəbər” bildirir ki, bu barədə qurumdan bildirilib.

Qeyd olunub ki, ərazilərə yeni tibbi yardımın göndərilməsi üçün müzakirələr gedir.

Birləşmiş Millətlər Təşkilatından (BMT) verilən məlumata görə isə ərazidə ciddi su çatışmazlığı gözlənilir.

Qeyd edək ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Nəticədə 900-dən çox adam ölüb, 2 616 nəfər yaralanıb. İsrail ordusu “müharibə hazırlığı vəziyyəti” elan edib və cavab olaraq “Dəmir Qılınclar” əməliyyatına başladığını bildirib.

Paylaş
Burada sizin reklamınız ola bilər