Dünya

Perunun rəsmi portalı ermənilərin Azərbaycan ərazisindəki vəhşiliklərini işıqlandırıb

7 oktyabr / 09:38 2 dəq
Bfadbe2e 7461 3e64 a085 47d2b894f287
7 oktyabr / 09:38
Burada sizin reklamınız ola bilər

Peru Jurnalistlər Federasiyasının rəsmi portalında dərc olunan “Nəhayət ki, Qarabağa sülh gəldi” sərlövhəli məqalədə ermənilərin Azərbaycan ərazisindəki vəhşilikləri işıqlandırılıb.

Azərbaycanın Perudakı Səfirliyindən  verilən məlumata görə, məqalədə respublikamızın beynəlxalq səviyyədə tanınmış ərazilərinin Ermənistan tərəfindən uzun illər qanunsuz işğalı, etnik təmizləmələrin aparılması, nəticədə bir milyondan çox soydaşımızın qaçqın və məcburi köçkünə çevrilməsi xatırladılır.

Qeyd edilir ki, 2020-ci ildə Ermənistanın yeni təxribatlarına cavab olaraq, Azərbaycanın başladığı Vətən müharibəsi nəticəsində bu ölkənin silahlı qüvvələri tam məğlubiyyətə uğradılaraq təslim olub.

Daha sonra məqalədə müəllif digər Latın Amerikası jurnalistləri ilə birlikdə Azərbaycanın işğaldan azad edilmiş torpaqlarına səfəri haqqında təəssüratlarını, bu zaman onların şahidi olduqları erməni vəhşiliklərinin izlərindən, şəhər və kəndlərin, mədəni, tarixi irs abidələrinin, qəbiristanlıqların dağıdılması və talan edilməsindən, dini məbədlərin təhqir edilməsindən, ekosid, hər yerin minalanmasından dəhşətə gəldiklərini bölüşür.

Paylaş
Burada sizin reklamınız ola bilər