Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Dünya

Putin: Praqa və Brüssel razılaşmalarından sonra Qarabağda antiterror tədbirləri qaçılmaz idi

6 oktyabr / 10:43 3 dəq
President vladimir putin
6 oktyabr / 10:43
Burada sizin reklamınız ola bilər

Rusiya Prezidenti Vladimir Putin Azərbaycanın sentyabrın 19-da Qarabağda keçirdiyi lokal antiterror tədbirlərindən danışıb.

“Qərb Xəbər” məlumat verir ki, Soçidə Valday Beynəlxalq Diskussiya Klubunun plenar iclasında çıxış edən Putin baş verənləri qaçılmaz adlandırıb.

Onun sözlərinə görə, Praqada və Brüsseldə əldə olunan razılaşmalardan sonra baş verənlər qaçılmaz idi.

“Bütün bunlar Azərbaycanın Qarabağ üzərində suverenliyinin tanınmasından sonra qaçılmaz oldu. Bu, yalnız zaman məsələsi idi: Azərbaycan dövləti Azərbaycanın Konstitusiyası çərçivəsində orada nə vaxt və hansı yolla konstitusiya quruluşunu sahmana salacaqdı. Ona görə də cənab Mişel və onun həmkarları Ermənistan baş naziri Paşinyanı belə addıma getməyə razı salanda bunu düşünməli idilər, Qarabağ ermənilərinin taleyi haqqında düşünməli idilər. Heç olmasa nəsə qeyd etməli idilər, onları (Qarabağ ermənilərini-red.) bu vəziyyətdə, Qarabağın Azərbaycan dövlətinə inteqrasiyasında nə gözləyir, onların təhlükəsizliyinin təmin olunması, hüquqlarının qorunması necə baş verəcək… Amma orada heç nə yoxdur. Bəyanatda o var ki, Qarabağ Azərbaycanın tərkib hissəsidir. Bu qədər. Biz nə etməliyik ki? Əgər Ermənistan özü bu cür qərar qəbul edibsə… Biz nə etdik? Humanitar vəziyyətin təmin etmək üçün hüquqi mənada nəyə malik idiksə, ondan istifadə etdik. Bildiyiniz kimi orada insanlarımız həlak oldu. Yeri gəlmişkən, Qarabağ ermənilərini müdafiə edən zaman, bizim sülhməramlılarımız… Biz onlara humanitar, tibbi yardım göstərdik. Onların çıxmasını təmin etdik. Qoyun onda avropalı həmkarlarımız heç olmasa bədbəxt insanlara humanitar yardım göndərsinlər. Mənə elə gəlir ki, onlar bunu edəcəklər. Lakin onların taleləri haqda uzun perspektivdə düşünmək lazımdır. Biz Qarabağdan gedən erməniləri dəstəkləyirik. Ermənistan bizim müttəfiqimiz olmağa davam edir”, – deyə Putin qeyd edib.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı