Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Sosial

Aşura günü qanvermə aksiyasının keçiriləcəyi ünvanlar – Siyahı

6 sentyabr / 16:10 3 dəq
5615daf7 bd37 487a baf3 9777931e4f09
6 sentyabr / 16:10
Burada sizin reklamınız ola bilər

Aşura günü paytaxt və bölgələrdə qanvermə aksiyasının keçiriləcəyi ünvanlar açıqlanıb.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, 25 şəhər rayon üzrə 33 yerdə qanvermə aksiyası keçiriləcək.

Bakı şəhərində 8 rayon üzrə 15 yer ayrılıb. 

– Binəqədi rayonu “İmam Əli məscidi”,

– Xəzər rayonu 14 saylı Birləşmiş Şəhər xəstəxanası və “MirMövsüm ağa Ziyarətgahı”,

– Nəsimi rayonu “Əjdər bəy məscidi” (mərasim zalı) və 20 saylı şəhər poliklinikası,

– Nizami rayonu “Şah Abbas məscidi”, “Sahibəzzaman” məscidi,

– Sabunçu rayonu “Rəhimə xanım ziyarətgahı məscidi, “İmam Rza” məscidi

– Səbail rayonu “Bibiheybət məscid ziyarətgahı” və “İçəri şəhər Cümə məscidi”,

– Suraxanı rayonu “Qaracuxur məscidi”,

– Yasamal rayonu “Təzə pir məscidi”, “Hacı Soltanəli”, “Hacı Cavad” məscidi.

Regionlara gəlincə aksiyaların təşkil olunacağı ünvanlar aşağıdakılardır:

– Gəncə şəhəri “İmamzadə kompleksi”,

– Lənkəran şəhəri Böyük bazar “Cümə” məscidi,

– Mingəçevir şəhəri “Heydər məscidi”,

– Sumqayıt şəhər “Cümə” məscidi,

– Şəki şəhəri “İmam Əli” məscidi,

– Mərkəzi Qan bankının Şırvan bölməsi,

– Ağcabədi Rayon Mərkəzi xəstəxanası,

– Beyləqan Rayon Mərkəzi xəstəxanası,

– Bərdə rayonu “Bərdə İmamzadəsi”,

– Biləsuvar rayonu “Cümə məscidi” (mərasim evi),

– Cəlilabad Rayon Mərkəzi xəstəxanası,

– Göyçayda “Əbülfəzlil Abbas” məscidi,

– Xaçmaz şəhər məscidi,

– Salyan Hacı Tağı məscidi

– Ağsu rayon mərkəzi xəstəxanası,

– Qan bankının Quba bölgəsi,

– Masallı şəhər Cümə məscidi.

Aksiyalar saat 09:00-dan başlayacaq. Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaq.

Qeyd edək ki, Hicri təqvimi ilə Məhərrəm ayı sentyabrın 1-də başlayıb. Aşura günü sentyabrın 10-na təsadüf edəcək. Aşura günü paytaxt və bölgə məscidlərində qanvermə aksiyası keçiriləcək. Hicri təqviminin ilk iki ayında (Məhərrəm və Səfər ayları) Azərbaycanın əksər bölgələrində əhali toy mərasimləri keçirmir. Sentyabrın 29-da Məhərrəm ayı başa çatır və Səfər ayı başlayır. Səfər ayı isə oktyabrın 29-da başa çatır.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı