Qondarma “Respublika”nın “prezident”ləri qandallandı
Bu gün axşam saatlarında separatçı rejimin keçmiş “prezidentləri” Bako Saakyan (1997-2007),Arkadi Qukasyan (2007-2020),qondarma “parlamentin” sədri David İşxanyan DTX tərəfindən həbs olunaraq Bakıya gətirilib. “Qərb Xəbər” bildirir ki, 4 oktyabr 2020-ci ildə Gəncənin raket atəşinə tutulması əmrini verən, onlarla adamın qətlində əli olan “prezident” Araik Arutyunyan (2020-2023) da DTX tərəfindən saxlanılıb və Bakıya gətirilir.Bu barədə ilk dəfə məlumat “haqqın.az” saytında dərc olunub. Qeyd edək ki,”Haqqın.az”a istinad edən Ermənistanın “Hraparak” saytı da hadisəni təstiqləyib.
Bu gün paylaşılan digər xəbərlər
Bu gün heç bir yeni xəbər yayımlanmadı