Siyasət

Ermənistan hakimiyyəti ölkədə Rusiya telekanallarının bağlanması məsələsini müzakirə edir

30 sentyabr / 11:21 1 dəq
Indir (28)
30 sentyabr / 11:21
Burada sizin reklamınız ola bilər

“Ermənistan hakimiyyəti ölkədə Rusiya telekanallarının bağlanması məsələsini müzakirə edir”.

“Qərb Xəbər” bildirir ki, bunu Ermənistanda hakim Vətəndaş Müqaviləsi Partiyasından olan deputat Lusine Badalyan “Faktor TV”nin efirində deyib.

O hesab edir ki, bu, doğru qərardır.

Qeyd edək ki, Ermənistandakı hökumət rəsmiləri bir müddət Rusiya dövlət mediasının Ermənistana qarşı hibrid müharibə şəraitində olduğunu bildirmişdilər.

Xatırladaq ki, son aylar İrəvanla Moskva arasında münasibətlər gərginləşib. Tərəflər buna səbəb kimi bir-birilərini ittiham edirlər.

Paylaş
Burada sizin reklamınız ola bilər