İdman

Belqradda keçirilən dünya çempionatında uğurla çıxış edən MİK təmsilçiləri Vətənə qayıdıblar

26 sentyabr / 14:05 2 dəq
Ba6b3efd0584d4e8787ee9bdd3a01d72
26 sentyabr / 14:05
Burada sizin reklamınız ola bilər

Serbiyanın paytaxtı Belqradda keçirilən yunan-Roma güləşi üzrə dünya çempionatında Azərbaycan nümayəndə heyətinin tərkibində uğurla çıxış edən Mərkəzi İdman Klubunun (MİK) təmsilçiləri Vətənə qayıdıblar.
Yarışlarda MİK təmsilçiləri 1 qızıl və 1 gümüş olmaqla Azərbaycanın aktivinə 2 medal yazdırıblar.
Qızıl medalı 82 kq çəki dərəcəsində mübarizə aparan kapitan Rafiq Hüseynov qazanıb. O, əzmkarlıq nümayiş etdirərək bütün rəqiblərinə qalib gəlib və fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.
Digər təmsilçimiz Həsrət Cəfərov isə 67 kq çəki dərəcəsində mübarizə apararaq gümüş medala layiq görülüb.
Yunan-Roma güləşi üzrə Azərbaycan millisi komanda hesabında dünya çempionu olub.
Qeyd edək ki, dünya çempionatında medal qazanan idmançılarımızın məşqçisi MİK-in nümayəndəsi baş leytenant Həsən Əliyevdir. Bu barədə “Qərb Xəbər” Müdafiə Nazirliyinə istinadən xəbər verir.

 

Paylaş
Burada sizin reklamınız ola bilər