Hadisə

Hərbi attaşelərin Şuşa şəhərinə səfəri təşkil edilib – VİDEO

25 sentyabr / 10:00 1 dəq
7179293f05b302a09010448dcd5f5dae
25 sentyabr / 10:00
Burada sizin reklamınız ola bilər

Ölkəmizdə akkreditə olunmuş xarici ölkələrin hərbi attaşelərinin Azərbaycan Silahlı Qüvvələrinin Qarabağ bölgəsində həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən sonra Şuşa şəhərinə ilk səfəri təşkil edilib.

Hərbi attaşelər Şuşa rayonu ərazisində Ermənistan silahlı qüvvələrinin birləşmələrinə məxsus tərk edilmiş dayaq məntəqəsinə baxış keçiriblər.

Müdafiə Nazirliyinin yüksək rütbəli zabitləri tərəfindən nümayəndə heyətinə antiterror tədbirlərindən sonra müsadirə olunmuş döyüş texnikası, hərbi avadanlıqlar və silah-sursat haqqında məlumat verilib və videoçarx nümayiş etdirilib.

Paylaş
Burada sizin reklamınız ola bilər