Elm və Texnologiya

XİN-də diplomatik xidmətə işə qəbul olmaq istəyənlər imtahan verəcək

22 sentyabr / 11:06 1 dəq
1555491096 xin
22 sentyabr / 11:06
Burada sizin reklamınız ola bilər

Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi tərəfindən 23 sentyabr 2023-cü il tarixində Xarici İşlər Nazirliyində diplomatik xidmətə qəbul olmaq istəyən namizədlər üçün xarici dil biliyinin “dinləyib-anlama” və “oxuyub-anlama” bacarığı üzrə, həmçinin xarici dil və Azərbaycan dillərində analitik yazı bacarıqlarının yoxlanılması hissəsi keçiriləcək.

Dövlət İmtahan Mərkəzindən “Qərb Xəbər”ə verilən xəbərə görə, danışıq bloku üzrə imtahan isə 24 sentyabr 2023-cü il tarixində keçiriləcək.

 

İmtahan iştirakçıları aşağıdakı link vasitəsilə hər iki imtahan günü üçün ayrıca olaraq “İmtahana buraxılış vərəqələri”ni çap edə bilərlər. Buraxılış vərəqəsində imtahanın keçiriləcəyi bina, zal, başlanma vaxtı və iştirakçının imtahan binasına gəlmə vaxtı qeyd olunub.
Paylaş
Burada sizin reklamınız ola bilər