Dünya

Hindistanda G20 sammiti başlayıb

9 sentyabr / 10:04 1 dəq
Indir 2023 09 09T100322.125
9 sentyabr / 10:04
Burada sizin reklamınız ola bilər

Hindistanın paytaxtı Yeni Dehlidə “Böyük İyirmiliy”in (G20) “Bir dünya, bir ailə, bir gələcək” adlı sammit başlayıb.

“Qərb Xəbər” bildir ki, hazırda Hindistan baş naziri Narendra Modi qonaqları qarşılayıb.

Toplantı 2 gün davam edəcək.

İclasda bir sıra qlobal məsələlərin, o cümlədən iqlim dəyişikliyinin, Ukraynadakı müharibənin, beynəlxalq təhlükəsizliyin müzakirə olunacağı gözlənilir.

Qeyd edək ki, G20 1999-cu ildə dünya iqtisadi böhranları ilə əlaqədar yaradılıb. Məqsəd Asiya ölkələrinin maliyyə böhranını həll etmək idi.

Təşkilata Argentina, Avstraliya, Braziliya, Almaniya, Hindistan, İndoneziya, İtaliya, Kanada, Çin, Böyük Britaniya, Meksika, ABŞ, Rusiya, Türkiyə, Fransa, Cənubi Koreya, Cənubi Afrika Respublikası (CAR), Yaponiya, Səudiyyə Ərəbistanı və Avropa İttifaqı daxildir.

Paylaş
Burada sizin reklamınız ola bilər