Elm və Texnologiya

Nazir: 2026-2027-ci tədris ilində ali məktəblərə 75 min tələbənin qəbulu nəzərdə tutulur

6 sentyabr / 17:32 1 dəq
Indir 2023 09 06T173718.972
6 sentyabr / 17:32
Burada sizin reklamınız ola bilər

2026-2027-ci tədris ilində ali təhsil müəssisələrinə 75 min tələbənin qəbulu nəzərdə tutulur.

” Qərb Xəbər” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ili bağlı media üçün keçirilən brifinqdə deyib.

 

O bildirib ki, son 10 ildə ali təhsil müəssisələrinə tələbə qəbulu 40%-dən çox artıb:

“Dövlət sifarişli əsaslarla qəbul olan tələbələrin sayı 2 dəfədən çox artıb. Magistr səviyyəsi üzrə 2023-24-cü tədris ilində qəbul 13 485 nəfər olub ki, bu da 10 il əvvəl ilə müqayisədə 3 dəfə çoxdur. 2023-24-cü ildə tələbə köçürülməsi üzrə 4 316 müraciət daxil olub, 80%- i təsdiqlənib”.

Paylaş
Burada sizin reklamınız ola bilər