Hadisə

Ermənilər Kəlbəcəri atəşə tutub

4 sentyabr / 09:22 1 dəq
Mn
4 sentyabr / 09:22
Burada sizin reklamınız ola bilər

Sentyabrın 4-ü saat 07:20-də Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.

Bu barədə “Qərb Xəbər”ə Müdafiə Nazirliyindən məlumat verilib.

Azərbaycan Ordusunun bölmələri tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb.

Paylaş
Burada sizin reklamınız ola bilər