Bölgə xəbərləri

Premyer Liqa: “Turan Tovuz” səfərdə “Sabah”a qalib gəlib

2 sentyabr / 08:55 1 dəq
Turan tovuz
2 sentyabr / 08:55
Burada sizin reklamınız ola bilər

Futbol üzrə Azərbaycan Premyer Liqasında V tura start verilib.

“Qərb Xəbər” xəbər verir ki, günün yeganə matçında “Sabah” “Turan Tovuz”u qəbul edib.

Qarşılaşma qonaqların 3:0 hesablı qələbəsi ilə bitib. 19-cu dəqiqədə Roderik Miller, 56-cı dəqiqədə Şəhriyar Əliyev, 79-cu dəqiqədə isə Belajdi Pusi fərqlənib.

Bu nəticədən sonra xallarının sayını 9-a çatdıran “Turan Tovuz” hələlik ikinci pillədə qərarlaşıb. Rəqibindən bir oyun az keçirən paytaxt klubu 4 xalla 6-cı sıradadır.

Qeyd edək ki, turun digər oyunları 2-3 sentyabrda olacaq.

Paylaş
Burada sizin reklamınız ola bilər