Dünya

Azərbaycanla sərhəddə təxribat törədən iki erməni hərbçisi məhv edilib, biri yaralanıb

1 sentyabr / 11:35 1 dəq
Indir 2023 09 01T113418.070
1 sentyabr / 11:35
Burada sizin reklamınız ola bilər

Sentyabrın 1-də Azərbaycanla sərhəddə təxribat törədən iki erməni hərbçisi məhv edilib, biri yaralanıb.

“Qərb Xəbər” “Hraparak” qəzetinə istinadən xəbər verir ki, məlumatı Ermənistanın Müdafiə Nazirliyi yayıb.

Hadisə Azərbaycanın Kəlbəcər rayonu istiqamətində baş verib.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyinin yaydığı xəbərə görə, sentyabrın 1-i səhər saatlarında Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zod istiqamətindəki bölmələri tərəfindən ordumuzun Kəlbəcər rayonu ərazisində yerləşən mövqelərinə qarşı zərbə PUA-sı tətbiq edilib. Nəticədə üç hərbi qulluqçumuz yaralanıb.

Paylaş
Burada sizin reklamınız ola bilər