Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Elm və Texnologiya

Universitetlərə qəbul balları niyə aşağı düşüb?

31 avqust / 12:48 2 dəq
1589192278 kamran4
31 avqust / 12:48
Burada sizin reklamınız ola bilər

Bu il ali təhsil müəssisələrinə qəbul imtahanı ötən illərdən kifayət qədər fərqlənir. I ixtisas qrupunda alt qrupların yaradılması, həmçinin informatika fənninin daxil edilməsi öz təsirini göstərməli idi.

“Qərb Xəbər” xəbər verir ki, bu barədə Trend-ə ekspert Kamran Əsədov deyib.

O qeyd edib ki, əvvəlki illərdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) prosesslərin avtomatlaşdırılması ixtisasının keçid balı 600 balın üzərində idisə, bu dəyişikliklərdən sonra keçid balı 200-ə düşdü.

“Təbii ki bunlar aşağı nəticələrdir. Lakin bununla da ali təhsil müəssisələrinə qəbul plan yeri tam dolmayıb. Ən aşağı ballarla hətta IV ixtisas qrupuna belə 150 balla qəbul olmaq mümkün oldu. Bu ali təhsilin əlçatanlığına xidmət etsə belə, biz ən aşağı ballarla tələbə qəbulunu həyata keçirmiş olduq. Bu gələcək üçün müəyyən problemlər yaradacaq. Çünki hazırda aşağı ballarla strateji ixtisaslara mütəxəssis qəbulu həyata keçirildi. 150 balla ali təhsil almağın mümkünlüyü gələcəkdə həmin kadrların əmək bazarına daxil olmasında müəyyən qədər problem yaradacaq. Ümumilikdə bu il ali məktəblərə fantastik göstərici ilə 50 mindən çox abituriyent qəbul oldu. Amma bundan sonra ali məktəblərin üzərinə böyük yük düşür. Hesab edirəm ki, aşağı balla universitetlərə qəbul təhsilin keyfiyyətinə müəyyən qədər mənfi təsir göstərəcək”, – deyə ekspert əlavə edib.

Xatırladaq ki, ötən gün bakalavriat səviyyəsi üzrə ali təhsil müəssisələrinə aparılan müsabiqənin nəticələri açıqlanıb.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı