Qazax Regional İnkişaf Resursları İctimai Birliyi Qazax rayonunun 3 kəndində icmalarla görüş keçirib
Qazax Regional İnkişaf Resursları İctimai birliyi Azərbaycan Respublikası QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Qazax, Ağstafa, və Tovuz rayonlarında icmaların sosial problemlərinin həllində, vətəndəş iştirakçılığının artırılmasına media və QHT-lərin birgə dəstəyi” layihəsini həyata keçirir.Layihənin əsəs ideyasi Qərb bölgəsinin bəzi icmalarında yaşayan əhalinin öz problemlərinin həlli üçün səfərbər olunması ,qərar qəbulu prosesində iştirakçılığının artırılmasıdır. Layihənin əsas məqsədi dövlət vətəndaş dialoqunun gücləndirilməsinə təkandır.
Bu məqsədlə Qərb bölgəsinin 9 icmasında təlimin həyata keçirilməsi nəzərdə tutulub. Bu təlimlərin ilk üçü Qazax rayonunda həyata keçirildi. Daşsalahlı,Fərəhli və Kəmərli icmalarında keçirilən təlimlərdə ümumilikdə 45 icma fəalı iştirak etdi.Təlimlərdə- “icmaların problem ətrafında təşkilatlanması”, “Problemlərin adiyyəti qurumlar qarşısında və mediada işıqlandırılması” “Kənd əhalisinin sosial problemlərinin həlli üçün- yerli hakimiyyət, QHT və medianın səylərinin birləşdirilməsi” mövzularından söhbət açıldı.
“Qərb Xəbər” Qazax Regional İnkişaf Resursları Birliyinə istinadən məlumat verir ki, layihə çərçivəsində növbəti təlimlərin Ağstafa və Tovuz rayonlarında keçirilməsi nəzərdə tutulub.












