Hadisə

MN: “Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter məhv edilib”

25 avqust / 15:43 1 dəq
D03d636e 0f9d 33b6 8426 a3310b9dc6fe
25 avqust / 15:43
Burada sizin reklamınız ola bilər

Avqustun 25-i saat 13:35 radələrində Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərib.

Bu barədə “Qərb Xəbər”ə Müdafiə Nazirliyindən məlumat verilib.

Bölmələrimizin sayıqlığı nəticəsində kvadrokopter aşkar edilərək atıcı silahlardan açılan atəşlə məhv edilib.

Paylaş
Burada sizin reklamınız ola bilər