Hadisə

Xəzərdə batan şəxs axtarılır

23 avqust / 20:37 1 dəq
Без названия (1)
23 avqust / 20:37
Burada sizin reklamınız ola bilər

Xəzərdə batan şəxsin axtarışları aparılır.

Bu barədə  Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi yaxınlığında dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 16 km aralı, nəzarətsiz ərazi) 1 nəfərin batması barədə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Paylaş
Burada sizin reklamınız ola bilər