Qazaxda “Şəxsi inkişaf” təlimləri davam edir.
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax-Tovuz regional nümayəndəliyinin təşkilatçılığı ilə keçirilən Şəxsi inkişaf təlimləri davam edir.
Fəaliyyət çərçivəsində gənclərlə iş üzrə mütəxəssis, təlimçi-fasilitator Nəzrin Ömərzadə tərəfindən “Gənclər üçün sosial bacarıqlar” mövzusunda təlim keçirilib. Təlim aşağıdakı başlıqları əhatə edib:
– Özünü tanıma;
– Şəxsiyyətlərarası bacarıqlar;
– Problemlərin həll edilməsi;
– Qərarların qəbul edilməsi;
– Dinləmə bacarıqları;
– İnamlı ünsiyyət və s.
Diskussiya şəraitində keçən təlimdə gənclərin sualları cavablandırılıb, eləcə də təlimdə fərdi şəkildə müxtəlif praktiki tapşırıqlar, həmçinin meditasiya edilib.









