Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Dünya

Xalqın sevgisi ilə,Haqqın hüzüruna gedən Adam

22 avqust / 22:44 3 dəq
WhatsApp Image 2023 08 22 at 21.43.24
22 avqust / 22:44
Burada sizin reklamınız ola bilər

23 il keçməsinə baxmayaraq,elə bil dünən idi.Hər şey olduğu kimi xatirəmdədir.Mətbuatdan,bir gün əvvəl müəyyən həyacanlı xəbərlər yayıldı.Avqustun 21-də,günorta saatlarında Heydər Əliyev Aztv-də canlı yayıma çıxıb,-AXCP sədri,keçmiş prezident Əbülfəz Elçibəyin Gülhanə Tibb Akademisində vəfat etdiyini,partiya üzvlərinə və sevənlərinə baş sağlığını verdiyini dedi…
Anam həyətdə çörək bişirirdi,sacda.Ağlaya-ağlaya mən Bakıya gedirəm dedim.Bəy rəhmətə getdi dedim.
Avtovağzalda 2 mərtəbəli avtobus var idi,qonşu Gürcüstandan gələn,ona mindim.Yolda söhbət Bəydən düşdü,şoferlərlə birgə ağladığım heç vaxt yadımdan çıxmaz.Bakıda Ülvi bəylə görüşdüm,sakit səssiz qucaqlaşıb ağlaşdıq.
Ayın 22-i Bəyin evinə yığışmışdı insan seli,bir hissə akademiyanın qarşısına,böyük bir izdiham isə,Xəqani 33-ə toplaşmışdı.Günorta saatlarına yaxın,Şeyx, Murtuz Ələsgərov, Hacıbala Abutalıbov,Ramiz Mehdiyev gəldi.Sonra dəfn başladı,izdiham cənazə maşınını qəbul etmədi.”Varovskidən”,Akademiya bağına qədər,əl üstündə daşındı Əbülfəz Elçibəy.Yol kənarında səyyar satıcılar,mağaza və market sahibləri,küçəyə masa qoyub üstünə sərin su qoyub,pulsuz paylamaqlarını o izdihamda olan hər kəs xatırlayar.Hələ yüksək mərtəbəli binalardan cənazənin üstünə qərənfil səpən insanları heç unutmaram.”Elçibəy ölməz,Vətən bölünməz”,”Ən böyük Elçibəy,başqa böyük yox”şüarlarını səsləndirirdi böyük bir izdiham,insan seli!!Böyük məhəbbətin,böyük sevginin vida mərasimi idi o gün!Bəlkə də, çoxlarının,çoxumuzun qibtə etdiyi bir cənazə idi o cənazə,o tabut.Amma və lakin,o sevginin tək adı var idi,Bəy sevgisi.Xalq onu,Ondan çox sevənə öz sevgisini izhar edirdi.Sağlığında qiymətini bilmədiyi,qoruya bilmədiyi Liderinə göz yaşı tökürdü,vəfa borcu idi sanki bu.
Bəy isə Haqqa doğru yürüyürdü.Sağlığında gəncliyə xitabən bir söz demişdi:”Xalqı sevən-Haqqı sevər!Xalqın sevdiyini-Haq da sevər!
Siz xalqın sevdisi ilə Haqqa çatacaqsınız”
Xalqın sevgisi ilə Xaliqin hüzuruna gedirdi,Xalqın Elçisi.
22 .08.2023.
Məhərrəm Göyüşoğlu
“Qərb xəbər”

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı