Siyasət

Xankəndidən gələn erməni əsilli şəxslərin “Laçın” buraxılış məntəqəsindən Ermənistana keçidi təmin edilib

22 avqust / 10:54 1 dəq
Indir 2023 08 22T105259.783
22 avqust / 10:54
Burada sizin reklamınız ola bilər

Erməni əsilli şəxslərin “Laçın” sərhəd-buraxılış məntəqəsindən sərbəst keçidi növbəti dəfə təmin edilib.

“Qərb Xəbər”in xəbərinə görə, Xankəndidən gələn erməni əsilli 61 nəfər “Laçın” sərhəd-buraxılış məntəqəsindən Gorus istiqamətinə keçib.

Həmin şəxslərin sənədləri və əşyaları yoxlanılıb, bundan sonra sərbəst hərəkətləri təmin olunub.

Sərhəd-buraxılış məntəqəsindən keçərək Ermənistana gedənlər arasında Ermənistan və Rusiya vətəndaşlarının da olduğu bildirilir.

Paylaş
Burada sizin reklamınız ola bilər