Sosial

Sabaha 40 dərəcə isti gözlənilir

23 avqust / 12:39 1 dəq
2f90a726 bc87 4b5e ad28 a4dfd6a77211
23 avqust / 12:39
Burada sizin reklamınız ola bilər

Avqustun 24-nə gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Azərbaycanın rayonlarındahava əsasən yağmursuz keçəcək,lakin axşam bəzi qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Səhər bəzi yerlərdə zəif duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 18-23, gündüz 35-40, dağlarda gecə 13-18, gündüz 23-28 dərəcə isti təşkil edəcək.

Paylaş
Burada sizin reklamınız ola bilər