Dünya

Gürcüstanda daha bir torpaq sürüşməsi baş verib

10 avqust / 08:50 1 dəq
64d46b940a8c264d46b940a8c3169164277264d46b940a8c064d46b940a8c1
10 avqust / 08:50
Burada sizin reklamınız ola bilər

Gürcüstanın daha bir bölgəsində torpaq sürüşməsi olub.

Təbii fəlakət avqustun 9-da Sameqrelo-Zemo (Yuxarı) Svaneti bölgəsinin Tsalendjixa rayonunda baş verib. Nəticədə Tebene çayının qarşısı kəsilib və çayda suyun səviyyəsi qalxmağa başlayıb.

 

“Qərb Xəbər” xəbər verir ki, bu barədə Sameqrelo-Zemo Svaneti bölgəsinin qubernatorunun administrasiyası məlumat yayıb.

Bildirilib ki, hələlik ciddi təhlükə yoxdur, amma sürüşmə davam edərsə, problem yaranacaq.

Qeyd edək ki, avqustun 3-də Gürcüstanın Raça-Leçxumi-Kvemo (Aşağı) Svaneti bölgəsində baş verən torpaq sürüşməsi nəticəsində 21 nəfər həlak olub, 12 nəfərin axtarışları hələ də davam edir.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı