Şəmkirdə avtomobil aşıb, ölən və xəsarət alanlar var
Şəmkir rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
“Qərb Xəbər”in məlumatına görə, hadisə Şəmkir-Gədəbəy avtomobil yolunun Şəmkir rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
“VAZ” markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində, avtomobildə sərnişin qismində olan, 2007-ci il təvəllüdlü Elmir İbrahimov aldığı xəsarətdən dünyasını dəyişib. Sürücü Ramil Natiq oğlu Quliyev və daha bir nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Bu gün paylaşılan digər xəbərlər
Bu gün heç bir yeni xəbər yayımlanmadı