Bölgə xəbərləri

“Turan Tovuz” ilkə imza atıb

7 avqust / 12:20 1 dəq
7b070f01 1ae9 3374 9b21 5d98be0eaca2
7 avqust / 12:20
Burada sizin reklamınız ola bilər

 

“Turan Tovuz” tarixində ilkə imza atıb.

“Qərb Xəbər” Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, Ayxan Abbasovun yetirmələri buna Premyer Liqanın I turunda nail olub.

Tovuz təmsilçisi “Araz-Naxçıvan”a 3:0 hesabı ilə qalib gəlib. Bu, klubun tarixində Premyer Liqada səfərdəki ilk böyükhesablı qələbə olub.

Buna qədər qərblilər yalnız bir dəfə rəqib meydanında 3 qol vurub. Mayın 1-də “Zirə”ni 3:1 hesabı ilə yenən “Turan Tovuz” bu dəfə səfərdə qapısını da toxunulmaz saxlayıb.

Qeyd edək ki, “Araz-Naxçıvan” “Turan Tovuz”u Mərdəkanda yerləşən “Dalğa Arena”da qəbul edib.

Paylaş
Burada sizin reklamınız ola bilər