Ağstafa

Azərbaycan güləşçisi dünya çempionu olub

6 avqust / 09:01 1 dəq
Df05cc01 4089 3803 9b98 916063936d13
6 avqust / 09:01
Burada sizin reklamınız ola bilər

Sərbəst güləş üzrə Azərbaycan millisinin üzvü Yusif Dursunov Türkiyənin İstanbul şəhərində keçirilən 17 yaşadək güləşçilər arasında dünya çempionatının qalibi olub.

“Qərb Xəbər”in məlumatına görə, idmançı 110 kq çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

O, müvafiq olaraq özbəkistanlı Eldorbek Xasanov (11:0), gürcüstanlı Aleksandr Abramişvili (4:1), ermənistanlı Henrik Haykyan (6:2) və qazaxıstanlı Yedige Kassimbeki (4:2) məğlub edərək, dünya çempionu tituluna yiyələnib.

Qeyd edək ki, Yusif Dursunov iyunda Albaniyanın paytaxtı Tiranada Avropa çempionatının qalibi olub.

Paylaş
Burada sizin reklamınız ola bilər