Dünya

Polşa Belarusla sərhədə hərbi helikopterlər cəmləşdirib

4 avqust / 09:31 1 dəq
64cc42cce9b3b64cc42cce9b3c169110804464cc42cce9b3964cc42cce9b3a
4 avqust / 09:31
Burada sizin reklamınız ola bilər

Polşa Belarusla sərhədə döyüş helikopterləri yerləşdirib.

“Qərb Xəbər” xəbər verir ki, bunu Polşa Silahlı Qüvvələri Baş Komandanlığının birinci müavini general Marek Sokolovski bildirib.

“1-ci Aviasiya Briqadası və 25-ci Hava Briqadasının helikopterləri yenidən qruplaşdırılıb. Artıq onların yerləşdiyi ərazilərin ilkin kəşfiyyatı aparılıb. Aviasiya sahəsində texniki brifinqlər keçirilib”, – deyə M.Sokolovski qeyd edib.

Onun sözlərinə görə, helikopterlər döyüşə hazır vəziyyətdədir: “Onları tam uçuş lisenziyası olan təcrübəli pilotlar idarə edir. Narahatedici bir hadisə baş verərsə, silahdan istifadə etməkdən çəkinməzlər”.

Paylaş
Burada sizin reklamınız ola bilər