Hadisə

Tarif Şurası 95 dərman vasitəsinin qiymətini təsdiq edib

31 iyul / 17:19 1 dəq
64c7b1fca617064c7b1fca61711690808828b1e0f0afee1e0dc494f1581a0113a200
31 iyul / 17:19
Burada sizin reklamınız ola bilər

Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib.

“Qərb Xəbər” Şuraya istinadən xəbər verir ki, iclasda yeni dövlət qeydiyyatına alınan 95 dərman vasitəsinin qiyməti təsdiq edilib.

Etibarlı təchizatın təmin olunması məqsədilə Səhiyyə Nazirliyindən müvafiq rəy alınmış 47 dərman vasitəsinin qiymətində Nazirlər Kabinetinin 2015-ci il 3 iyun tarixli 209 nömrəli Qərarı ilə təsdiq olunmuş Qaydalara və Tarif (qiymət) Şurasının 2015-ci il 21 iyul tarixli Qərarı ilə təsdiq edilmiş Təlimata uyğun olaraq dəyişikliklər aparılıb.

Ticarət adı, farmasevtik forması, təsiredici maddəsinin adı, dozası, ticarət qablaşdırması, miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla, qiyməti təsdiq edilmiş dərman vasitələrinin tam siyahısı Tarif (qiymət) Şurasının rəsmi internet saytının (www.tariff.gov.az) “Dərman vasitələri” bölməsində (http://tariff.gov.az/documents/DVA.pdf) yerləşdirilib.

Paylaş
Burada sizin reklamınız ola bilər