Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
İdman

Azərbaycan idmançıları EYOF-un fərdi yarışlarında 9 medal qazanıblar

29 iyul / 08:44 2 dəq
3771addf cf74 3bb8 a71f 854d89ac4bb3
29 iyul / 08:44
Burada sizin reklamınız ola bilər

Sloveniyanın Maribor şəhərində 25-28 iyul tarixlərində XVII Avropa Gənclər Olimpiya Festivalının cüdo üzrə fərdi yarışları keçirilib.

“Qərb Xəbər” xəbər verir ki, Azərbaycan turnirdə 12 çəki dərəsində 8 oğlan və 4 qız cüdoçu ilə təmsil olunub. Cüdoçularımız fərdi yarışlarda ümumilikdə 3 qızıl, 2 gümüş və 4 bürünc medal əldə edib.

Turnirin ilk günündə oğlanlar arasında -50 kq. çəkidə Nihad Məmişov və -55 kq. çəkidə Ayxan Mirzəzadə yarışın bürünc medallarını əldə ediblər. Qızlar arasında isə -44 kq. çəkidə Məryəm Bayramzadə yarışı 7-ci yerdə tamamlayıb.

Yarışın ikinci günündə qızlar arasında -48 kq. çəkidə Vüsalə Hacıyeva və -52 kq. çəkidə Xədicə Qədəşova bütün rəqiblərinə qalib gələrək yarışın qızıl medallarına sahib olublar. Oğlanlar arasında isə -60 kq. çəkidə Məhəmməd Musayev və -66 kq. çəkidə Cəsur İbadlı yarışda bürünc medal qazanıblar.

Yarışın üçüncü günündə oğlanlar arasında -73 kq. çəki dərəcəsində Süleyman Şükürov Festivalın gümüş medalını qazanıb.

Fərdi yarışların sonuncu günündə oğlanlar arasında -90 kq. çəkidə Aslan Kotsoyev bütün rəqiblərini məğlub edərək qızıl medal əldə edib. +90 kq. çəkidə Ramazan Əhmədov isə yarışın gümüş medalını qazanıb.

Qeyd edək ki, bu gün EYOF-un komanda yarışları keçiriləcək. Komanda yarışlarında Azərbaycan yığması 4 qız və 6 oğlan cüdoçu ilə təmsil olunacaq

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı