Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
İqtisadiyyat

7 aylıq valyuta məzənnəsi

19 avqust / 14:09 2 dəq
63eba9e5 93a3 4eab b0c2 bf3d0ddfe53e
19 avqust / 14:09
Burada sizin reklamınız ola bilər

Novator.az valyuta kurslarının yanvar-iyul aylarında necə dəyişməsinə nəzər yetirib.

Avro 2019-cu ilə 1,9323 manatla başlayıb. Yanvarda yuxarı rəsmi kurs 1,9647, fevralda 1,9452, martda 1,9337, apreldə 1,9225, mayda 1,9107, iyunda 1,9396, iyulda 1,9293 manat olub.

Gürcüstan larisi 0,6346 manatla start götürüb. Yanvarda rəsmi qiymət 0,6409, fevralda 0,6445, martda 0,6384, apreldə 0,6333, mayda 0,6296, iyunda 0,6235, iyulda 0,6085 manatı keçməyib.

Rusiya rublu 2019-cu ilə 0,0245 manatla girib. Yanvar və fevralda yüksək kurs kimi 0,0260, mart və mayda 0,0264, apreldə 0,0267, iyunda 0,0272, iyulda 0,0271 manat həddi rəsmiləşib.

Türkiyə lirəsinin ilk rəsmi qiyməti 0,3141 manat göstərilib. Yanvarda maksimum kurs 0,3255, fevralda 0,3275, martda 0,3183, apreldə 0,3073, mayda 0,2877, iyunda 0,2947, iyulda 0,3057 manat olub.

ABŞ dollarının rəsmi qiyməti isə 2018-ci il martın 7-dən 1,7 manatdır.

2015-ci il fevralın 21-də Mərkəzi Bank dolların kursunu 0,7862 manatdan 1,05 manata, dekabrın 21-də 1,55 manata qaldırıb. Həmin ilə 1,5594 manatla nöqtə qoyulub.

2016-cı ildə rəsmi qiymət 1,7707 manata çatıb, 2017-ci il dekabrın 13-dən 2018-ci il martın 7-dək dollar banklara 1,7001 manata təklif edilib.

Dövlət Neft Fondu Mərkəzi Bankın manatı qorumaq üçün yanvar-iyul aylarında keçirdiyi valyuta hərraclarında 3 milyard 78,5 milyon ABŞ dolları məbləğində vəsait satıb.

Yanvarın hərraclarında fonddan 634,9 milyon dollar, fevralın hərraclarında 316,2 milyon dollar, martın hərraclarında 600,5 milyon dollar, aprelin hərraclarında 423,7 milyon dollar, mayın hərraclarında 352,4 milyon dollar, iyunun hərraclarında 315,9 milyon dollar, iyulun hərraclarında 434,9 milyon dollar alınıb.

2016-cı ildə Dövlət Neft Fondunun analoji xərci 4,9 milyard dollar, 2017-ci ildə 3,6 milyard dollar, 2018-ci ildə 6,5 milyard dollar göstərilib.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı