Gədəbəydə dörd gün əvvəl qəzada xəsarət alan şəxs ölüb
Gədəbəydə qəzada xəsarət alan şəxs bir neçə gün sonra ölüb.
“Qərb Xəbər” in məlumatına görə, ölən şəxs rayonun Arıxdam kənd sakini, 1981-ci il təvəllüdlü Alim Qurbanovdur.
Qeyd edək ki, hadisə iyulun 21-də rayonun Söyüdü kəndində qeydə alınıb.
Hərəkətdə olan “VAZ” marakalı minik maşını yoldan çıxaraq maneyə çırpılıb.
Faktla bağlı araşdırma aparılır.




