Siyasət

Ermənistandakı yer adları Azərbaycanın tarixi toponimlərinə uyğun yazılacaq – QƏRAR

21 iyul / 09:38 2 dəq
8adca6d5 3e57 3eb5 9c3d d98a655d5b3a
21 iyul / 09:38
Burada sizin reklamınız ola bilər

Nazirlər Kabineti “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nda dəyişiklik edib.

“Qərb Xəbər” xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.

Qərara əsasən, qeydiyyat şöbəsində və konsulluq idarəsində vətəndaşlıq vəziyyəti aktlarının, icra hakimiyyətinin nümayəndəliyində doğumun, nikahın bağlanmasının və ölümün dövlət qeydiyyatı aparılarkən yer adları mövcud olan inzibati ərazi vahidlərinin adlarına uyğun yazılacaq. Ermənistandakı yer adları isə Azərbaycanın tarixi toponimlərinə uyğun olaraq Azərbaycan Milli Elmlər Akademiyasının tövsiyələri nəzərə alınmaqla yazılacaq.

Bundan başqa, verilən təkrar şəhadətnamələrdə və arayışlarda yer adları həmin sənədlərin verildiyi gün mövcud olan inzibati ərazi vahidlərinin adlarına uyğun yazılacaq. Təkrar şəhadətnamələrdə və arayışlarda Ermənistandakı yer adları yazılarkən bu qaydanın 1.5-1-ci bəndinin tələbləri tətbiq ediləcək.

Paylaş
Burada sizin reklamınız ola bilər