Azad edilmiş rayonlarda ət və süd istehsalı artıb – SİYAHI
2023-cü ilin yanvar-iyun aylarında işğaldan azad edilmiş rayonlarda quş əti də daxil olmaqla diri çəkidə 9697 ton ət, 72091 ton süd istehsal olunub.
“Qərb Xəbər”ə Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 6% və ya 551 ton, süd istehsalı isə 5.2% və ya 3582 ton artıb.
Qeyd edək ki, ən çox ət və süd Ağdamda rayonunda istehsal edilib. Belə ki, hesabat dövründə Ağdamda rayonunda 2549 ton ət, 22458 ton isə süd istehsal olunub.
| Azad edilmiş rayonlar | Ət istehsalı.ton | Süd istehsalı.ton | |
| Ağdam | 2549 | 22458 | |
| Füzuli | 1509 | 14679 | |
| Xocalı | 117 | 875 | |
| Xocavənd | 684 | 1941 | |
| Şuşa | 199 | 1243 | |
| Cəbrayıl | 1085 | 4573 | |
| Kəlbəcər | 1951 | 13366 | |
| Qubadlı | 115 | 605 | |
| Laçın | 1419 | 12069 | |
| Zəngilan | 69 | 282 |




