Elm və Texnologiya

Müəllimlərin işə qəbulu üzrə növbəti apellyasiya müraciətlərinə start verilib

17 iyul / 11:35 1 dəq
Dim
17 iyul / 11:35
Burada sizin reklamınız ola bilər

Müəllimlərin işə qəbulu müsabiqəsinin ingilis dili, təsviri incəsənət, rus dili, biologiya, rus dili və ədəbiyyat, texnologiya, alman dili fənləri üzrə test imtahanlarının apellyasiya müraciətlərinə başlanılıb.

Bu barədə “Qərb Xəbər”ə Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, imtahanlarda iştirak etmiş namizədlər şəxsi səhifələrində aktivləşdirilən müvafiq xanaya daxil olaraq 48 saat (2 gün) ərzində apellyasiya müraciəti edə bilərlər. Müraciətlərin məzmunu ətraflı şəkildə qeyd olunmalıdır.

“Apellyasiya müraciəti komissiya tərəfindən araşdırıldıqdan sonra müvafiq cavab namizədlərin şəxsi səhifələrinə göndəriləcək”, – məlumatda qeyd edilib.

Paylaş
Burada sizin reklamınız ola bilər