Qazaxda Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib
Dünən sosial şəbəkənin Azərbaycan seqmentində Qazaxın kəndləri və Kərki kəndi qaytarılır deyə istifadəçilər statuslar yazdı. Hətta Qazax rayonunun Bala Cəfərli kəndindən işğal altında olan Barxudarlı kəndinə gedən yolun təmir olunması barədə həvəskar videoda yayıldı. Əslində isə yol çalışmaları Azərbaycan-Ermənistan arasında sərhədlərin razılaşdırılması üzrə komissiyanın iclasının keçirilməsi üçün imiş.
Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı yaradılan komissiyanın dördüncü iclası Qazax-İcevan sərhəddində keçirilib
“Qərb xəbər“bildirir ki, bu barədə “Sputnik Armenia” portalı məlumat yayıb.
Komissiyanın iclası Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryanın sədrliyi ilə baş tutub.
İclasda sərhədlərin demarkasiyası ilə bağlı müzakirələr davam etdirilib, bir sıra təşkilati məsələlər həll olunub.
Müzakirələrin davam etdirilməsi üçün komissiyanın növbəti iclasının keçirilmə yeri və zamanının dəqiqləşdirilməsilə bağlı razılıq əldə olunub.



