QHT Xəbər

Hərbçilər intellekt savaşında

9 avqust / 14:51 1 dəq
Bfb0444083a01ea2d8ce801912d6443c.0
9 avqust / 14:51
Burada sizin reklamınız ola bilər

Bu gün Qazax GİKM-nin təşkilatçılığı ilə hərbçilər arasında 12 avqust – “Beynəlxalq Gənclər günü”nə həsr olunmuş intellektual yarış keçirilib.

N saylı hərbi hissədə “Breyn Rinq” formatında reallaşan turnirdə 5 komanda öz biliyini nümayiş etdirib.

Yarışın nəticələrinə əsasən, “Döyüşçü” komandası I, “Topçular” komandası II, “Qartallar” komandası isə III yerə layiq görülüb.

Qalib komanda kubokla, I, II və III yeri tutmuş komanda və komanda üzvləri Qazax GİKM tərəfindən müvafiq diplomlarla təltif olunublar.

Qeyd edək ki, turnirdə ümumilikdə 20 gənc hərbçi iştirak edib.

Paylaş
Burada sizin reklamınız ola bilər