Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Bölgə xəbərləri

“Rus hərbçilərinin gizli razılığı ilə Qarabağda təxribat hazırlanır” – Caliber

3 iyul / 16:06 3 dəq
Sulhmeramli qarabag
3 iyul / 16:06
Burada sizin reklamınız ola bilər

Azərbaycanın hərbi sahədə ən tanınmış saytlarından olan Caliber.az bu gün maraqlı bir yazı ilə çıxış edib.

Sayt yaydığı məqalədə Qarabağda qanunsuz erməni silahlı birləşmələrinin ləğv edilməsi üçün Azərbaycan tərəfinin “Qisas-3” antiterror əməliyyatına başlaya biləcəyindən bəhs edib.

Caliber.az yazır ki, Ermənistan tərəfi Azərbaycanın təqdim etdiyi təkzibedilməz faktlara baxmayaraq, Qarabağda Ermənistan ordusunun heç bir nümayəndəsinin olduğunu iddia edir. “Lakin iyunun son günlərində Qarabağda təxribata cəhd edən terrorçulardan 5-I öldürüldü. Və məlum oldu ki, həmin hərbçilərdən 2-si Ermənistan ordusunun əsgərləri olublar. Hətta İrəvan tərəfi hər iki meyidi təhvil almaq üçün Bakıya müxtəlif dipolmatik yollarla müraciət belə ediblər”.

Sayt məqalədə vurğulayır ki, Qarabağda erməni qeyri-qanuni silahlı birləşmələr ləğv edilməli, Ermənistan Silahlı Qüvvələrinin bölmələri çıxarılmalı, yerli erməni əhalisi Azərbaycan dövlətinə və cəmiyyətinə inteqrasiya edilməlidir. “Amma… Təəssüflər olsun ki, son vaxtlar Azərbaycan tərəfinə daxil olan məlumatlara görə, Ermənistanın qanunsuz silahlı birləşmələri Azərbaycan Silahlı Qüvvələrinə qarşı bir sıra təxribatlar planlaşdırır və bunlara hazırlıq Rusiyanın bölgədəki sülhməramlı qüvvələrin gizli razılığıvə təsdiqi ilə həyata keçirilir. Yeni təxribat olacağı təqdirdə “Qisas-3” əməliyyatı qaçılmaz olacaq. Azərbaycanın heç bir halda öz ərazisində qeyri-qanuni silahlı birləşmələrin olmasını qəbul etməyəcəyini hamıya bildirməyin vaxtı çatıb”.

Caliber.az daha sonra yazır ki, daha bir vacib məqam da var. “Artıq azərbaycanlıların – məcburi köçkünlərin işğaldan azad edilmiş ərazilərə qaytarılması prosesi gedir və bu proses daha da sürətləndiriləcək. Belə bir şəraitdə Azərbaycan geri qayıdan mülki şəxslərin təhlükəsizliyini təmin etməyə borcludur ki, bu da Qarabağ bölgəsində qeyri-qanuni silahlı qüvvələrin mövcudluğu ilə bir araya sığmır”.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı