Fransada gəncin ölümünə etiraz edən 420-dən çox şəxs saxlanılıb
Parisin Nanter şəhərətrafı qəsəbəsində yeniyetmənin polis tərəfindən öldürülməsindən sonra ölkənin müxtəlif bölgələrində başlayan haqlı etirazlar zamanı 420-dən çox adam saxlanılıb.
“Qərb Xəbər” xəbər verir ki, bu barədə BFM telekanalı Fransanın daxili işlər naziri Jerald Darmanenə yaxın mənbəyə istinadən məlumat yayıb.
Qeyd olunub ki, təkcə İl-de-Frans bölgəsində 242 nəfər saxlanılıb.
Nanterdə isə vəziyyət gərgin olaraq qalır, qarşıdurmalar davam edir. Daha əvvəl 328 nəfərin həbs edildiyi bildirilirdi.
Bu gün paylaşılan digər xəbərlər
Bu gün heç bir yeni xəbər yayımlanmadı