Bölgə xəbərləri

Hava şəraiti qeyri-sabit keçəcək

29 iyun / 13:13 1 dəq
0846efb7 69c2 3d01 9dc1 0a7e79cd9c8a
29 iyun / 13:13
Burada sizin reklamınız ola bilər

İyulun 1-də Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin 15-20 m/s, bəzi yerlərdə arabir 23-28 m/s-dək güclənəcəyi gözlənilir. Axşama doğru tədricən mülayimləşəcək, arabir yağış yağacağı ehtimalı var.

Bu barədə “Qərb Xəbər”ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Azərbaycanın rayonlarında iyunun 30-u gündüz şimal və qərb rayonlarından başlayaraq iyulun 1-i axşamadək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir leysan xarakterli yağış yağacağı gözlənilir. Əsasən Balakən-Şəki, Qazax-Gəncə, Qarabağ və Şərqi-Zəngəzur, Mərkəzi-Aran rayonlarında intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

Paylaş
Burada sizin reklamınız ola bilər