Bölgə xəbərləri

Tovuz şəhər stadionunda yenidənqurma işlərinə start verilib

28 iyun / 10:45 1 dəq
4939ccfd 0769 3686 a8e6 01a645e8d518
28 iyun / 10:45
Burada sizin reklamınız ola bilər

“Turan Tovuz” klubuna məxsus Tovuz şəhər stadionunda abadlıq və yenidənqurma işlərinə start verilib.

Klubdan verilən məlumata görə, stadion ərazisində ikimərtəbəli yeni bina inşa olunur.

“Turan Tovuz” Futbol Akademiyasının sərəncamına veriləcək binada yataq otaqları, akademiya məşqçiləri üçün iş və nəzəri məşğələ otaqları, konfrans və fitnes zalları, tibb və digər zəruri otaqlar yer alacaq.

Bununla yanaşı projektorların quraşdırılması işlərinə də start verilib.

Paylaş
Burada sizin reklamınız ola bilər