Dünya

Türkiyənin valyuta ehtiyatları bir həftə ərzində rekord həddə artıb

28 iyun / 10:33 1 dəq
Indir 2023 06 28T103247.666
28 iyun / 10:33
Burada sizin reklamınız ola bilər

Son bir həftə ərzində Türkiyənin beynəlxalq valyuta ehtiyatlarının artımı 8,5 milyard dollar təşkil edib ki, bu da ölkə tarixində rekord hədd sayılır.

“Qərb Xəbər” xəbər verir ki, bu barədə Türkiyənin maliyyə naziri Mehmet Şimşək tviterdə bildirib.

M.Şimşek qeyd edib ki, ölkə hakimiyyəti valyuta ehtiyatlarının artırılması istiqamətində işləri sürətləndirəcək.

“Ölkə tədricən rasional iqtisadi siyasətə qayıdacaq və ehtiyatların gücləndirilməsi üçün əlavə xarici mənbələrin təmin edilməsi istiqamətində fəal iş aparacaq. Bundan əlavə, türk lirəsinə əsaslanan investisiyaların cəlb edilməsi üçün tədbirlər görüləcək”, – türkiyəli nazir əlavə edib.

Paylaş
Burada sizin reklamınız ola bilər