Dünya

Latviya Rusiya vətəndaşlarına vizaların verilməsini dayandırıb

27 iyun / 08:56 1 dəq
1fe36901 e82e 3098 802f f702c6d91325
27 iyun / 08:56
Burada sizin reklamınız ola bilər

Latviya Rusiya vətəndaşlarından bütün növ viza müraciətlərinin qəbulunu dayandırıb.

“Qərb Xəbər” xəbər verir ki, bu barədə Latviya Xarici İşlər Nazirliyinin yaydığı məlumatda deyilir.

Qeyd olunub ki, Rusiyada daxili siyasi hadisələrin gözlənilməz inkişafı ilə əlaqədar olaraq, iyunun 26-dan etibarən Latviyanın xaricdəki diplomatik və konsulluq nümayəndəlikləri Rusiya vətəndaşlarından bütün növ viza müraciətlərinin qəbulunu dayandırıb.

Vurğulanıb ki, əvvəllər sənədləri təqdim etmiş şəxslər lazımi prosedurlardan keçəcəklərinə ümid edə bilərlər. “İyunun 25-dən əvvəl təqdim edilən sənədlərə baxılacaq”.

Paylaş
Burada sizin reklamınız ola bilər