Dünya

“Vaqner”in hərbçiləri Rostov-Donu tərk etməyə başlayıblar

25 iyun / 11:20 2 dəq
149b8d04 4864 3def ae8e d9ed64057a62
25 iyun / 11:20
Burada sizin reklamınız ola bilər

“Vaqner” Xüsusi Hərbi Şirkətinin hərbçiləri Rostov-Donu tərk etməyə başlayıblar.

“Qərb Xəbər” TASS-a istinadən xəbər verir ki, Cənub Hərbi Dairəsinin qərargahı yaxınlığında üsyançıların tankları toplanır, sursatlar yüklənir.

Hərbi qiyamın dayandırılması elan edildikdən sonra Rostov küçələrində vəziyyət kəskin şəkildə dəyişib.

Xatırladaq ki, “Vaqner” Xüsusi Hərbi Şirkətinin başçısı Yevgeni Priqojin Rusiya hərbçilərinin “Vaqner” muzdlu hərbi təşkilatının arxa düşərgələrinə raket zərbələri endirdiyini, bir çox döyüşçünün öldüyünü açıqlayıb: “Bu vəhşiliyə necə cavab verəcəyimizə qərar verəcəyik. Növbəti addım bizimdir”.

Bundan sonra Rusiya Federal Təhlükəsizlik Xidməti Yevgeni Priqojinə qarşı silahlı üsyana təhrik faktı üzrə cinayət işi açıb. Rusiya Federasiyasının Baş Prokurorluğu bildirib ki, Priqojinin əməllərinə lazımi hüquqi qiymət veriləcək. Müdafiə Nazirliyi isə “Vaqner”in arxa düşərgələrinə zərbə endirilməsi ilə bağlı iddiaları yalan məlumat adlandırıb. Nazirlik eyni zamanda “Vaqner” döyüşçülərinə müraciət edib, silahı yerə qoymağa çağırıb.

Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində mövcud hadisələri xəyanət kimi qiymətləndirib. O deyib ki, bütün zəruri tədbirlər görüləcək.

Daha sonra Belarus Prezidenti Aleksandr Lukaşenkonun Priqojinlə danışıqlar apardığı barədə məlumat yayılıb. “Vaqner” Xüsusi Hərbi Şirkətin başçısı Yevgeni Priqojin Belarus Prezidenti Aleksandr Lukaşenkonun hərbi hərəkətləri dayandırmaq və gərginliyi azaltmaqla bağlı təklifini qəbul edib.

Paylaş
Burada sizin reklamınız ola bilər