Coğaz çayı bu gün
Qazaxa yağan güclü yağışdan sonra rayon ərazisindən keçən Coğaz çayı daşıb.
“Qərb Xəbər” bildirir ki, yağan güclü yağışlar səbəbi ilə çay öz məcrasından çıxaraq ətraf əraziləri də su altında qoyub.
Qeyd edək ki, Coğaz Çayı mənbəyini Ermənistan ərazisindən (2000 m) başlayır, uzunluğu 60 km, hövzəsinin sahəsi 520 km²-dir. Axımı əsasən yağış (48%), yeraltı (36%), qismən də qar (10%) sularından əmələ gəlir. Yaz-yay.aylarında yağış suları çayda daşqın əmələ gətirir. Daşqın dövründə (aprel-iyun aylarında) illik axımının 50-65%-i axıdılır.
Coğaz çayı Ağstafa çayının sol qolu sayılır. Ermənistan və Qazax rayonuna yağan yağış coğaz çayında sululuğun artmasına səbəb olu.




