Turistləri Titanikə aparan qayıq yoxa çıxdı
Atlantik okeanında sualtı qayıq itib.
Bu barədə ABŞ-ın Boston Sahil Mühafizəsindən məlumat verilib.
Bildirilib ki, sualtı qayıq turistləri “Titanik” gəmisinin qəzaya uğradığı yerə daşımaq məqsədilə istifadə olunur.
Britaniyalı milyarder və kəşfiyyatçı Hamiş Hardinqin Atlantik okeanında itən kiçik sualtı qayığın göyərtəsində olub.
Qeyd edək ki, kiçik sualtı qayıqlar vaxtaşırı olaraq turistləri “Titanik”in qalıqlarına baxmaq üçün aparır. Məşhur gəminin qalıqları Atlantik okeanının dibində 3800 m dərinlikdədir.
“Titanik” gəmisinin qalıqlarına 8 günlük ekspedisiya üçün biletin qiyməti 250 min dollardır.




