Hadisə

Tovuzda betonqarışdıran avtomobillə sərnişin avtobusu toqquşub

19 iyun / 08:52 1 dəq
Cfd1a34c 8c18 3573 b14a 99bf98d6a649
19 iyun / 08:52
Burada sizin reklamınız ola bilər

Tovuz rayonu, Aşağı Quşçu kəndində yol-nəqliyyat hadisəsi baş verib.

“Qərb Xəbər” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub.

Qeyd olunub ki, daxil olan məlumatla əlaqədar hadisə yerinə dərhal FHN Dövlət Yanğından Mühafizə Xidməti Tovuz Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “DAF” markalı betonqarışdıran avtomobillə “Daewoo” markalı sərnişin avtobusunun toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib, qəza zamanı 1 nəfər xəsarət alıb.

Yanğınsöndürənlər tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb, o cümlədən betonqarışdıran avtomobilin yanacaq çəninin zədələnməsi nəticəsində ətrafa dağılmış yanacaq yuyularaq mümkün yanğın-partlayış hadisəsinin qarşısı alınıb.

Paylaş
Burada sizin reklamınız ola bilər