Xəbər

Azərbaycanın sərbəst güləş millisi U-17 Avropa çempionatında ikinci yeri tutub

19 iyun / 08:35 1 dəq
069f919a d253 35af b89f f8bbc89d871e
19 iyun / 08:35
Burada sizin reklamınız ola bilər

Azərbaycanın sərbəst güləş millisi U-17 Avropa çempionatında komanda xal sistemi üzrə sıralamada 155 xalla ikinci yeri tutub.

“Qərb Xəbər”in məlumatına görə, millinin 10 üzvündən 7-si Albaniyanın paytaxtı Tiranada keçirilmiş və bu gün başa çatmış qitə birinciliyində fəxri kürsüyə qalxıb.

4 qızıl və 3 bürünc medal əldə edən yığma komanda medalların əyarına görə, bütün ölkələri qabaqlayıb. Müqayisə üçün qeyd edək ki, millinin ən yaxın izləyicisi olan Gürcüstan 2 qızıl, 1 gümüş və 4 bürünc medal qazanıb.

Xatırladaq ki, Azərbaycan yığmasının heyətində Cəfər Cəfərov (45 kq), Hacı Kərimov (55 kq), Camal Abbasov (60 kq) və Yusif Dursunov (110 kq) Avropa çempionu olub. Seyhun Əlizadə (51 kq), Mirzəağa Axundov (65 kq) və İsmayıl Rəhimli (71 kq) isə üçüncü yeri tutub.

296189e6-4091-30a1-96a7-a84e0c7523c9

Paylaş
Burada sizin reklamınız ola bilər